Yağış, sulu qar yağacaq

Yağış, sulu qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. 

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 01-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq. 

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR