Xoşqədəm efirə qayıdır - VİDEO

Xoşqədəm efirə qayıdır   - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdır.
Aktual.az-ın məlumatına görə, aparıcı anspress-ə bildirib ki, ANS telekanalının "Deməsək olmaz" adlı yeni verilişi ilə tamaşaçıların görüşünə gələcək: “Tamaşaçıları maraqlandıran çox maraqlı mövzular olacaq. Gələn həftədən efirdəyik. Böyük ruh yüksəkliyi ilə hazırlaşırıq. Uşaqlar bütün gün işləyir. Bir az dincəldik (gülür), çünki kollektiv bütün yayı “Səni axtarıram” verilişinə görə demək olar ki, fasiləsiz işləyib, hətta istirahətə çıxanda belə çalışıblar. Hər şey yaxşı olacaq”.

Milli Televiziya və Radio Şurası X.Hidayətqızının “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətində bağlanması haqda qərar verib. MTRŞ onların yerinə ANS TV-də mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımını dair qərar qəbul edib.

Xəbər 851 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR