Xorvatiya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Xorvatiya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Xorvatiya Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 Xorvatiya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
 
Xorvatiya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Aktual.az
Xəbər 1563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR