Xocalıda şəhid olmuş polislərin ailələri DİN-də

Xocalıda şəhid olmuş polislərin ailələri DİN-də

Oruc Zalov tədbirdə çıxış etdi.

Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov xalqımızın son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirib.

Nazir müavini bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının ağır hərbi texnikasının və əsgərlərinin dəstəyi ilə erməni silahlı birləşmələri Xocalını yerlə-yekan etdilər.

İşğalçılarla qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə tədbir iştirakçıları soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi  bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR