XİN: Qarabağ münaqişəsi ATƏT-də prioritet məsələlər arasında olacaq

XİN: Qarabağ münaqişəsi ATƏT-də prioritet məsələlər arasında olacaq

Dağlıq Qarabağ münaqişəsi Avstriyanın gələn il ATƏT-ə sədrliyi dövründə prioritetləri arasında olacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bu barədə Avstriyanın xarici işlər naziri Sebastian Kurz ölkəsinin 2017-ci ildə quruma sədrliyi dövründəki prioitetləri barədə danışarkən bildirib. O deyib ki, münaqişənin həlli üçün davamlı dialoq olmalıdır: 

“Münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün bizim davamlı dialoqa ehtiyacımız var”.

Dağlıq Qarabağla yanaşı, Ukraynanın şərqindəki münaqişə, Dnestryanı və Gürcüstandakı münaqişələrin həlli də Avstriyanın ATƏT sədrliyi dövründə prioritetləri arasında olacaq.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR