XİN-də struktur dəyişikliyi: Nazir müavininin səlahiyyətləri artırıldı

XİN-də struktur dəyişikliyi: Nazir müavininin səlahiyyətləri artırıldı

Xarici İşlər Nazirliyinin (XİN) strukturunda dəyişiklik edilib.

"Report"un əldə etdiyi məlumata görə, bunun nəticəsində nazir müavini Fariz Rzayevin səlahiyyətləri artırılıb.

Belə ki, o, bundan sonra nazirliyin İkinci Avropa İdarəsi, Amerika İdarəsi, Asiya İdarəsi, Yaxın Şərq və Afrika İdarəsi, Nazirliyin İnspeksiyası, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi, Ümumi Katiblik, Xüsusi Şöbə və İşlər İdarəsinin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Bundan əvvəl həmin strukturlara nəzarəti XİN başçısının sabiq müavini Ramiz Həsənov yerinə yetirib.

Bununla yanaşı, əvvəllər xarici işlər nazirinin kurasiyasında olan Dövlət Protokolu İdarəsi də F.Rzayevin nəzarətinə verilib.

Daha əvvəl onun kurasiyasında nazirliyin Konsulluq İdarəsi, Linqvistika Təminat İdarəsi, Arxiv İdarəsi və Xüsusi Rabitə Təminatı İdarəsi olub. Beləliklə, XİN-də F.Rzayevin nəzarətində olan strukturların sayı 4-dən 14-ə çatıb.

Qeyd edək ki, 44 yaşlı F.Rzayev 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamla Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. O, Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR