XİN başçısı: "Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyi bəlli və dəyişilməzdir"

XİN başçısı:

Azərbaycanda səfərdə olan Macarıstanın Xarici İşlər naziri Peter Siyatro azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu söyləyib.
Bu barədə Aktual.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 
Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən Xarici İşlər naziri Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR