XİN: 2018-ci ildə Azərbaycan daha üç ölkə ilə diplomatik münasibətlər qurub

XİN: 2018-ci ildə Azərbaycan daha üç ölkə ilə diplomatik münasibətlər qurub

2018-ci ildə Azərbaycanla Samoa, Palau, San-Tome və Prinsipi arasında diplomatik münasibətlər qurulub.

Aktual.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2018-ci ilin yekunlarına dair hesabatında bildirilib.
Qeyd olunub ki, 2018-ci ildə Venesuela və Çili Azərbaycanda diplomatik nümayəndəlikləri, həmçinin San Marinonun fəxri konsulluğu fəaliyyətə başlayıb.
Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın Fəxri Konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə Azərbaycanın yeni Fəxri Konsulluğu işə başlayıb.
 
Aktual.az
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR