“Xəstəxanaya bir nəfərin cəsədi, iki yaralı aparılıb” - Video

“Xəstəxanaya bir nəfərin cəsədi, iki yaralı aparılıb”   - Video

Ermənilərin atəşkəsi pozması nəticəsində 1 nəfər Tərtər sakini dünyasını dəyişib, 2 nəfər yaralanıb. 

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Bərdə Mərkəzi Rayon Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayeva bildirib. 

O qeyd edib ki, bu gün səhər saatlarında xəstəxanaya qəlpə yarası alan iki nəfər Tərtər sakini yerləşdirilib:"Tərtər rayon Şıxlar kənd sakini,1958-ci il təvəllüdlü İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır, ona baldır sümüyünün sınığı diaqnozu qoyulub, xəstə gövdə, aşağı və yuxarı ətraflardan qəlpə yaraları alıb və qan itirib. Tərtərin Qaradağlı kənd sakini, 1990-cı il təvəllüdlü, Ramin Rafiq oğlu Əhmədovun isə vəziyyəti normaldır, ona burunun əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Tərtərin Cəmilli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Valeri oğlu Rəhimovun isə xəstəxanaya cəsədi daxil olub".

Xəbər 813 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR