Xəstəlik də bir imtahandır - Hacı Nuran

Xəstəlik də bir imtahandır  - Hacı Nuran

Hər bir insan bu dunyada müvəqqətidir. Amma mənə təsəlli verən təkcə bu deyil...

Həmişə inanmişam ki, insan əməlləri və xatirələri ilə əbədidir.

Mən xəstə olmağımla nə zəif, əzgin, yazıq, nə də inamsız görünmək fikrində deyiləm.

Sadəcə deyəcəyim odur ki, sağlam həyatın qədrini bilin və ətrafdakılarla, yaxınlarınızla mehriban olun. Gərəkli olun. Onlara qarşı diqqətli olun. Onda heç bir xəstəlik insanı qorxuda bilmir!

...İslama görə, xəstəlik də bir imtahandır. İnşallah, mən sabah yenə bir imtahana gedəcəm, əməliyyat olunacam. Lakin burda qəribəsi odur ki, qiyməti yazan məndən heç nə soruşmadan yazacaq...

Mən ölkəmlə fəxr edirəm və bu imtahana da qürurla gedirəm.

Təki, Vətən sağ olsun!


...Dualarınızı əskik etməyin!

Sizin Hacı Nuran

Aktual.az

Xəbər 6420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR