XƏBƏRDARLIQ: İkinci əl mobil telefon alarkən bunu mütləq tələb edin

XƏBƏRDARLIQ: İkinci əl mobil telefon alarkən bunu mütləq tələb edin
  • DÜNYA

FETÖ-nün şifrəli yazışma proqramı ByLock ikinci əl telefon satışlarını da zəiflədib.

Milli.Az milliyet-ə istinadən bildirir ki, mütəxəssislər və telefon satıcıları ikinci əl mobil telefon alarkən və satarkən rəsmi sənədlər əsasında bunu həyata keçirməyi məsləhət bilirlər.

MİT-in texniki qrupu FETÖ-çülərin şifrəli rabitə şəbəkəsi ByLock və Eagle proqramlarını qırdıqdan sonra ByLock istifadəçilərinin araşdırılması əməliyyatları davam edir. Bu əməliyyatlar Türkiyənin dörd bir yanında davam edərkən, ikinci əl telefon bazarı "ölməyə" başlayıb. Vətəndaşların ikinci əl mobil telefon almaqdan çəkindiyi bir zamanda mütəxəssislər və telefon satıcıları da bu tip telefonların alış-satışı zamanı alverin kimlər arasında getdiyini təsdiq edən sənədin vacibliyinə eyham vurublar.
 
Aktual.az 
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR