Xaricidilli jurnalistlər yetişdirilsin - Təklif

Xaricidilli jurnalistlər yetişdirilsin     - Təklif

 
"Cəbhə xəttində baş verən atışma və təxribatlar zaman daxili və xarici informasiya axınının yönləndirilməsi üçün güclü, peşəkar və xarici dilli jurnalistlərə ehtiyac var". 
 
Bu barədə ictimai fəal Xalisə Şahverdi facebook sosial şəbəkəsində bu gün
status paylaşıb. Statusda belə deyilir:
 
"Bir daha bu qənaətə gəlirəm ki, dövlətimiz, xüsusilə də Müdafiə Nazirliyi strateji  maraqlarımızı qoruyan və təbliğ edən güclü, peşəkar və xarici dilli heç olmazsa 10 jurnalist yetişdirməlidir". 
 
Bu status şəbəkə istifadəçilərinin marağına səbəb olub. Statusa yazılan şərhlərdə bildirilir ki, "qarşı tərəfin (oxu: ermənilər) online qəzetləri rus, ingilis, ərəb dillərində məlumatları saatbasaat dəyişirlər". 
 
Digər bir  şərhdə bildirilir ki, "ya da mətbuat xidmətlərinə çox dil bilənlər işə götürülməlidir"
Xəbər 516 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR