Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması təsdiqlənib

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının geyim forması təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Nazirlər Kabinetinə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını bir ay müddətində müəyyən etmək tapşırılıb.

Xarici Kəşfiyyat Xidməti bu fərmandan irəli gələn məsələləri həll edəcək.

Aktual.az
Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR