“XARI BÜLBÜL” gənclərin yaradıcılıq festivalı keçirildi - FOTO

“XARI BÜLBÜL” gənclərin yaradıcılıq festivalı  keçirildi - FOTO

Gənclər üçün Təhsil Mərkəzi ilk dəfə olaraq, Mingəçevir şəhərində "Xarı Bülbül” gənclərin yaradıcılıq festivallını keçirmişdir.


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsindən keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

Festival 2 gün davam etmiş, yeniyetmə və gənclərin böyük marağına səbəb olmuşdur. Yeniyetmə və gənclər yaradıcılığın müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etmişlər.

Qeyd edək ki, bir neçə ay bundan öncə, Mingəçevir şəhərində festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulmuş, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirmişlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir.

Mərkəzdən verilən məlumata görə, festivalın keçirilməsinə qədər Mingəçevir şəhərində davamlı olaraq istedadlı gənclərin tapılıb, qurulmuş yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılmışdır. Dərnək imkan vermişdir ki, qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənc burada öz bacarıqlarını inkişaf etdirsin, özünü cəmiyyətə tanıtsın və inkişaf etmiş yaradıcı insana çevrilsin.

Qeyd edək ki, Mərkəz tərəfindən "Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.




Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR