“Xaos Şurası”, “like” müxalifəti: Kərimli fiaskoya uğramasını niyə etiraf etmir?

“Xaos Şurası”, “like” müxalifəti: Kərimli fiaskoya uğramasını niyə etiraf etmir?

Milli, əslində isə Xaos Şurasının sədri Cəmil Həsənli 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağıranda, ilk ağla gələn bu oldu: Hə, fiaskoya uğradıqlarının fərqindədir artıq.


 

Bəli, Xaos Şurası 2 noyabr mitinqinin daha sönük kecərək fiaskoya uğramasından ehtiyat etdi. Çünki el’ deyildiyi kimi Qənimət Zahidin AXCP sədri Əli Kərimli ilə birgə "Sözarası" proqramının 30 oktyabr tarixli yayımındakı müzakirələri, bundan bir gün əvvəl AND hərəkatının üzvü Elnur Sadıqlı ilə apardığı müzakirələr, həmçinin, Vidadi İskəndərlinin eyni tarixdə şəxsi "Youtube” kanalındakı çıxışında 2 noyabr aksiyasının təxirə salınmasının səbəbləri izah edilir. Hər 3 çıxışda etiraf edilir ki, 19 oktyabrda keçirilən icazəsiz aksiya zamanı cəmiyyətdən yetərli dəstək ala bilməyiblər.

Bu adamlar hələ də göylərdədirlər, heç cür Azərbaycan reallığını anlamırlar. Ki, onları dəstəkləyəcək elektorat sıfır səviyyəsindədir. Məhz bu səbəbdən, elektoratı olmadığı üçün aksiyaları müəyyən edilmiş yerlərdə keçirməkdən yayınırlar.

 

Əslində elektorat məsələsi də fiaskonun bir səbəbidir. Söhbət ortada siyasi liderin yoxluğundan gedir həm də. Xalq üçün də Əli Kərimli heç bir vaxt siyasi lider olmayıb. Adam reallıq hissini itirərək özü-özünü inandırıb ki, böyük xalq kütlələrinin böyük lideridir, bir çağırışına onminlər hay verəcək. Amma nə qədər yanıldığının isə fərqində deyil. Minlərlə troll dəstəsi tərəfindən Facebook qəhrəmanına çevrilən Kərimli hələ də anlamır ki, sosial şəbəkə…xalq deyil. Facebook-dakı "like”lar da xalqın sevgisi, inamı deyil. Kərimli özünü buna inandırıbsa, bu, artıq siyasi rəzillikdi.

 

Söhbət ondan gedir ki, bir sıra beynəlxalq siyasi güclər üçün də Əli Kərimli vazkeçilməz deyil, bu statusu qazanmayıb, əksinə AXCP-nin rəhbərliyində təmsil olunduğu dönəmlərdə adının hallandığı siyasi oyunlarla qazandığı limiti da qısa müddətdə xərcləyib.

 

Xaos müxalifətinin 19 oktyabr çağırışı bir daha sübut etdi: Müxalifətin sosial bazasının minimuma endiyi indiki zaman kəsiyində dəyişən bir şey olmadı. Xalq Əli Kərimlinin və Milli Şura liderlərinin günlərlə davam edən çağırışlarına qoşulmur, meydana çıxmır. Çıxmaq istəmir. Kərimli özü istəmədən bir maraqlı məqamı da ictimaiyyətə çatdırdı: Azərbaycan hakimiyyətinin bazası hələ də müxalifətdən müqayisə olunmaz dərəcədə güclüdür.

 

Radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Bu, birmənalıdır. Mənasız və hədəfsiz çağırışlara da cəmiyyət əhəmiyyət vermir. Fiasko alınlarına yazılmış radikal müxalifətə ən layiqli cavabı Azərbaycan dövlətinin vətəndaşının real problemlərini həll etməsi və gündən-günə artan həyat səviyyəsini göstərmək olar. Rüsvay olunmağa alışmış radikal müxalifətin bu gerçəyi anlaması, həzm etməsi, əlbəttə ki, çətin deyil. "Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev maraqlı bir məqama toxunur. Sitat: "Radikallar indiyə qədərki aksiyaları əsasən seçki-siyasi tələblər üzərində keçirirdilər. Cəmiyyət indiyədək onların siyasi niyyətlərinə heç bir dəstək vermədiyini açıq göstərsə də ambisiyalar onlara doğru nəticə çıxarmağa imkan vermədi. Oktyabrın 19-da radikal müxalifətçilər sosial şüarlarla xalqın diqqətini çəkməyə ümid etsələr də, bu yenə uğursuz oldu. Bu ilin yanvarından indiyədək radikal qrupların kütləvi aksiyalar keçirmək sahəsində dalbadal fiaskoya uğramaları birmənalı sübut edir ki, cəmiyyət onların sosial və siyasi tələblərini adi populizm nümunəsi sayır, ciddi qəbul etmir. Müxalifətin sosial tələblərlə aksiya keçirmək kimi taktika dəyişikliyi də nəticə vermədi. Radikalların sosial aksiya keçirmək cəhdinin iflasa uğraması başqa bir cəhətdən də diqqət cəlb edən hadisədir. Bəllidir ki, bu ilin əvvəlindən hakimiyyət iki böyük mərhələdən ibarət sosial islahatlar paketi həyata keçirib və prosesin davam etdirilməsinə yönəlik möhkəm iradə var. 4 milyon 200 mindən artıq Azərbaycan vətəndaşı bu paketlərin birbaşa faydasını görür. Müxalifətin 19 oktyabrda sosial aksiyasının iflası həm də hakimiyyətin sosial islahatlar siyasətinə cəmiyyətin inandığını və buna alternativ tanımadığını nümayiş etdirdi”.

Başqa şərhə ehtiyac yoxdur!

 

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR