Xanım deputatlar saçyolduya çıxdılar – FOTO + VİDEO

Xanım deputatlar saçyolduya çıxdılar – FOTO + VİDEO
  • DÜNYA

Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliklərinə səsvermə zamanı xanım deputatlar arasında dava düşüb.

Aktual.az  AzVision.az-a istinadən xəbər verir ki, davaya Ankaradan bitərəf deputat seçilən Aylin Nazlıakanın özünü tribunaya qandallaması səbəb olub.

Millət vəkillərinin çağırışlarına baxmayaraq, xanım deputat kürsüdən enməyib. Vəziyyətin gərginləşdiyini görən vitse-spiker Bahçekapılı əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə ara verib. Amma Nazliaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib. 

Xanəm deputata HDP və CHP partiyalarını təmsil edən bir neçə millət vəkilindən dəstək gəlib. AKP-li vəkillər isə Nazliakanı kürsüdən enməyə çağırıb.

Deputatlar Aylin Nazliakanı kürsüdən etdirmək istəyəndə, o qışqırmağa başlayıb.

Uzun müddət davam edən mübahisə dava ilə nəticələnib. Millət vəkilləri bir-birlərinin saçını yolublar. Dava zamanı iki xanım deputat xəsarət alıb.
 

Xəbər 390 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR