Xadimə işlədiyi evdən külli miqdarda pul və zinət əşyaları oğurladı

Xadimə işlədiyi evdən külli miqdarda pul və zinət əşyaları oğurladı

Sumqayıt şəhərində xadimə işlədiyi evdən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilib. T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.
 
Aktual.az
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR