Xaçmazda və Lerikdə yük avtomobilləri yandı

Xaçmazda və Lerikdə yük avtomobilləri yandı

Xaçmaz rayonunun İlxıcı kəndində və Lerik rayonunun Ambu kəndində yük avtomobilləri yanıb.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, İlxıcı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus yük avtomobilinin banı qismən və banına yığılmış 1,4 ton ot bağlaması yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lerik rayonu, Ambu kəndində (rayon mərkəzindən 39 km aralı) vətəndaşa məxsus yük avtomobilinin kabinəsi və banına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR