Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
Aktual.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Xaçmaz şəhərində bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Şahmat Məktəbi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Xaçmaz və Xudat Şəhər Mədəniyyət Mərkəzləri əsaslı təmir olunub, Tarix-Diyarşünaslıq, "Xalça”, "Şəxsiyyətlər”, "Xalqlar Dostluğu”, "Bayraq” muzeyləri və Rəsm Qalereyası yaradılıb, 41 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, Xaçmaz şəhərinin su təchizatı sistemi yenidən qurulub, "Xaçmaz” Elektrik Stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, "Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri tikilib, 20 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamla Xaçmaz şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 12 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
 
Aktual.az
Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR