"Volkswagen" 1200-ə yaxın avtomobili geri çağırdı

  • DÜNYA

"Volkswagen Group Rus" şirkəti Rusiyada 1 174 "Volkswagen" avtomobili geri çağırıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış "Teramont" modellərinə şamil olunur.

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
 
Aktual.az 
Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR