Vladimir Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verib - FOTO

Vladimir Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verib - FOTO

Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədə yaşayan azərbaycanlıya ölkə vətəndaşlığı verib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısının rəsmi saytında yerləşdirilmiş fərmanda bildirilir.

Fərmana əsasən 1990-cı ildə Azərbaycanda anadan olmuş, hazırda Kiyev şəhərində yaşayan Səmədzadə Emin İzzət oğlu Ukrayna vətəndaşlığını qəbul edib.

E. Səmədzadə Kiyev şəhərindəki A.A.Boqomolets adına Milli Tibb Universitetində təhsil alıb. O, "Ukraynada istedadlar var” adlı teleşouda vokal ifaçısı kimi çıxış edərək teleşounun yarımfinalçısı olub. E.Səmədzadə bundan əlavə, "Ukraynada Azərbaycan Gəncləri İttifaqı” təşkilatının fəal üzvüdür. 

Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR