Vladimir Jirinovski futbolda yeni qaydalar təklif edib

Vladimir Jirinovski futbolda yeni qaydalar təklif edib

 "Futbolda qaydalar dəyişməli, hakimlər meydandan götürülməlidir".

"Report"un məlumatına görə, bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 1"ə müsahibəsində deyib.
O bildirib ki, hakimlər oyuna maneəçilik törədirlər: "Heç bir əlavə vaxt, penalti, ofsayd, cərimə zərbəsi təyin olunmamalıdır. Oyun dayananadək oynamaq lazımdır. Top meydanda və ayaqdadırsa, heç bir fit çalınmamalıdır. Ümumiyyətlə, hakim kabinetdə oturmalıdır".
Jirinovski dünya çempionatının 1/4 finalında Rusiya ilə üz-üzə gələcək Xorvatiya barədə də danışıb: "Xorvatiyalılar sakitləşməlidirlər. Onlar bizə və serblərə qarşı vuruşublar, günahlarını hiss edirlər. Razıyam ki, bu, idmandır. Lakin onlar keçmişlərini xatırlayırlar. Xorvatiya özünü narahat hiss edəcək. İyulun 7-də Rusiyaya 0:1 hesabı ilə uduzacaqlar".
Qeyd edək ki, dünya çempionatının 1/8 finalında Rusiya İspaniyanı, Xorvatiya Danimarkanı penaltilər seriyasında üstələyib.
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR