"Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu Xəzər rayonunda görüş keçirib - FOTOLAR


Bugün Referendum üzrə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu  Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xəzər rayonunda seçicilərlə körüş keçirib. Görüşdə "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi,  AVMVB sədri  Füzuli Rzaquliyev və qrupun vəkili, "İslahatçı Gənclər"İctimai Birliyinin sədri Fərid Şahbazlı iştirak edib.


Görüşü giriş sözü ilə açan tarixçi-alim Təvəkkül Səlimov tədbir iştirakçılarına Konstitusiyaya təklif olunan əlavə və dəşiyikliklər haqqında məlumat verib.

Xəzər rayonunun ictimaiyyəti ilə görüşdə çıxış edən "Vətəndaş cəmiyyəti" Təşviqat Qrupunun vəkili Fərid Şahbazlı bildirib ki,  Konstitusiyaya təklif edilən dəyişiklərmüasir dövrün çağırışlarının ortaya çıxardığı bir tələbdir. O, qeyd edib ki, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması, siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə etməklə, olduqca mütərəqqi bir addımdır: "Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqda mürəkkəb proseslərin fonunda dövlətimizin təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır".

F.Şahbazlı çıxışında vurğulayıb ki, təklif olunan dəyişikliklərə əsasən, vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, 18 yaşına çatmış hər bir vətəndaşa vətəndaşlıq hüququndan tam istifadə haqqı veriləcək, sahibkarlığın inkişafı üçün daha da əlverişli şərait yaradılacaq: "Düşünürəm ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətinin və vətəndaşlarının maraqlarına xidmət edir. Bu dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".

Çıxış edən AVMVB sədri  Fizuli Rzaquliyev  Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı geniş izahat verərək, bu dəyişikliklərin dəstəklənməsinin vacibliyindən söz açıb.

Görüşdə çıxış edən Xəzər rayonunun ictimaiyyətinin nümayəndələri referendumda aktiv iştirak edərək, konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri dəstəkləyəcəklərini bəyan ediblər. 


Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR