Venesuela kriptovalyutasını 4 dəfə bahalaşdırıb

Venesuela kriptovalyutasını 4 dəfə bahalaşdırıb
  • DÜNYA

Venesula hökuməti ölkənin kriptovalyutası olan petronun qiymətini 4 dəfə artıraraq 36 min bolivara çatdırıb. 

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro məlumat verib.
"Mən ilin əvvəlində iqtisadi müharibəyə qarşı tədbir kimi petronun dəyərini 36 min bolivar, ölkə üzrə minimal əmək haqqının səviyyəsini isə 18 min bolivar müəyyən etdim", - o qeyd edib. 
Xatırladaq kli, indiyə qədər Venesuelada maaşların minimal həddi 4,5 min bolivar olub. Artım bu gündən etibarən bütün dövlət qulluqçularına tətbiq olunacaq.
Qeyd edək ki, petro ötən il l fevralın 20-də dövriyyəyə buraxılıb. Əvvəl onun qiyməti 1 barel Venesuela neftinə və yaxud 60 ABŞ dollarına bərabər olub. 
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR