Venesuela dollardan imtina etdi

Venesuela dollardan imtina etdi
  • DÜNYA

 ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent indi avrodan istifadə ediləcəyini söyləyib.
Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib.
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR