Venesuela Azərbaycanla neft hasilatı ilə bağlı danışıqlar aparır

Venesuela Azərbaycanla neft hasilatı ilə bağlı danışıqlar aparır

OPEK üzvlərinin Əlcəzairdə keçirilən görüşdə sutkalıq neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi formal razılıq rəsmiləşərsə, bu, qiymətlərə ciddi şəkildə təsir edə bilər.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bunu Venesuelanın neft naziriEulohio del Pino deyib.

O, yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçirəcəyi görüşdə veriləcəyini xatırladıb. “Əgər bu qərar rəsmiləşərsə, neftin qiyməti stabilləşə bilər. Düşünürəm ki, qiymətlər sentyabr ayının orta qiymətindən 10-16 dollar yüksək olacaq”, - deyə nazir qeyd edib.

Del Pino bildirib ki, OPEK sutkalıq hasilatı 0,7 mln. barrel azalda bilər.

“OPEK və kartelə üzv olmayan ölkələr arasında əldə olunacaq razılığa əsasən, təklif əlavə olaraq 0,5 mln. barrel azal bilər. Hasilatın stabilləşdirilməsi istiqamətində hazırda Oman, Rusiya və Azərbaycanla aktiv danışıqlar aparılır”, - deyə o əlavə edib.

Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR