VÖEN-i itirdikdə nə etməli? – ÜNVANLAR

VÖEN-i itirdikdə nə etməli? – ÜNVANLAR

Qeydiyyat və uçotla əlaqədar sənədi, yəni VÖEN-i itirdikdə və ya o, yararsız hala düşdükdə yenisini almaq üçün Vergilər Nazirliyinə müraciət etmək lazımdır. 

Aktual.az  nazirliyə istinadən tələb olunan sənədlərin siyahısını təqdim edir.

- Sərbəst formada müraciət ərizəsi (Qeydiyyat şəhadətnaməsi itirildikdə, kommersiya qurumunun müraciət ərizəsinə mətbuat orqanında dərc edilmiş müvafiq elan əlavə edilir. 

Qeydiyyat şəhadətnaməsi yararsız hala düşdükdə, həmin şəhadətnamə kommersiya qurumunun müraciətinə əlavə edilməklə təhvil verilir. 

Qeydiyyat şəhadətnaməsinin dublikatı "Dövlət rüsumu haqqında” AR-nın Qanununa müvafiq olaraq rüsum tutulmaqla verilir);

- Qeydiyyat və uçot ilə əlaqədar digər sənədlərin dublikatının verilməsi üçün mətbuat orqanında dərc edilmiş müvafiq elan.

Ünvanlar ilə aşağıdakı linkdən tanış olmaq olar:

 
Aktual.az 
Xəbər 700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR