Valyuta hərracında dollara tələbat rekord həddə çatıb

Valyuta hərracında dollara tələbat rekord həddə çatıb

Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb və 29 banka satılıb. 

Bu barədəFonddan bildirilib. 

İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Qeyd edək ki, bu gün SOFAZ-ın keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə - 600 milyon ABŞ dollarından çox olub.

“Report”un analitik qrupu hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 milyon dollara qədər artırılacağı gözlənilir:

“Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR