Valyuta hərracına 150 milyon dollar çıxarıldı

Valyuta hərracına 150 milyon dollar çıxarıldı

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
 
Bu barədə bankdan  bildirilib. 

Hərracda Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon dollar və Mərkəzi Bank tərəfindən 50 milyon dollar olmaqla ümumilikdə 150 milyon dollar məbləğində vəsait satışa çıxarılıb. 

Hərracda 20 bank iştirak edib və məcmu tələb 70,2 milyon dollar təşkil edib.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR