Uğurlu təyinat

Uğurlu təyinat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elmar Vəliyevi Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsindən azad edərək Niyazi Müzəffər oğlu Bayramovu bu vəzifəyə təyin edib.

İxtisasca hüquqşünas olan Niyazi Bayramov vəkillikdən tutmuş Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postuna qədər, ən müxtəlif vəzifələrdə çalışıb, zəngin idarəetmə təcrübəsi toplayıb. Əslən Bakıdan olan N.Bayramov Birinci Qarabağ Müharibəsində də iştirak edib və rütbəcə polkovnikdir. Bir sözlə, yeni başçı kifayət qədər nümunəvi göstəricilərə malikdir. Amma sözün açığı, sosial şəbəkələrdə bəzi ağzıgöyçəklərin hətta ölkə qarşısında yüksək xidmətləri olan belə bir layiqli şəxsin də icra başçısı təyin edilməsinə dodaq büzmələrini, istehza ilə yanaşmalarını heç cürə anlaya bilmədim. Hər şeyi və hər kəsi qara rəngdə görməkləri belələrini hətta Qarabağ qazisinin icra başçısı təyin edilməsinə də qara yaxmaqdan çəkindirə bilmir. Zavallılar.
Mən cənab Prezidentimizin bu təyinatını uğurlu təyinat hesab edirəm və əminəm ki, Niyazi Bayramov ona göstərilən bu yüksək etimadı qısa bir müddətdə doğruldacaq və ölkənin "ikinci paytaxtı" sayılan Gəncə şəhərinin inkişafına öz töhfələrini verəcək, eyni zamanda da, bütün gəncəlilərin rəğbətini qazanmağı bacaracaq. Əsas məsələ vətəndaşlarla düzgün ünsiyyət qurmaq və onların problemlərinin həllinə həssaslıqla yanaşmaqdır.
Niyazi Bayramova uğurlar diləyirik!

Əlisahib Hüseynov - 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR