Uşaqların peyvənd təqvimində dəyişiklik ediləcək?

Uşaqların peyvənd təqvimində dəyişiklik ediləcək?

"Azərbaycanda yaxın müddətdə peyvənd təqvimində dəyişikliyin edilməsi hələ nəzərdə tutulmayıb".

Aktual.az  bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqlar üçün ən yeni peyvənd bu ilin fevralında tətbiq edilib: "Fevralın 15-dən başlayaraq, 6 ayı tamam olan uşaqlara inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin bir dozada inyeksiya vasitəsilə vurulur. Aprel ayından isə 3 valentli poliomielitdən 2 valentli poliomielitə keçid olub. Bütün bu dəyişikliklər bu il ərzində olub. Gələcəkdə isə peyvənd təqvimində konkret hansı dəyişikliklərin olacağı hələ dəqiqləşdirilməyib".

Qeyd edək ki, hazırda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilirlər. Azərbaycanda uşaqlar arasında peyvəndləmə pulsuz həyata keçirilməlidir.

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR