Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə kikomitədə idman növlərinin sayı artırılaraq6-ya çatdırılıb.İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə,Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaqmüalicə-müayinə olunub.
Uşaq Paralimpiya Komitəsinin bu il üçün planları da artıq hazırdır. 4-9 sentyabr tarixlərində 2 idmançı Moskvada boccia idman növü üzrə keçirilən Beynəlxalq turnirdə iştirak edəcək. 2017-ci ilin noyabr ayında isə III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
2014-cü ildən Azercell şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsivəölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb. Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.
Onu da qeyd edək ki, yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün köməyini əsirgəməyən Azercell Telekom Uşaq Paralimpiya Komitəsinə dəstəyə görə Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən qiymətləndirilərək xüsusi mükafata layiq görülüb.
Daha
ətraflı məlumat üçü[email protected]ünvanına
müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük
sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın
mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin
80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in
xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə
olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi,
24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1
nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti
"Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk4-cü nəsl LTE
xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan
Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə
keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq
sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə
Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş
etdirmişdir.