Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş (RƏSMİ)

Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş (RƏSMİ)

Sabirabad rayonunda uşaq bağçasında öldürülən qadını kimin qətlə yetirdiyi məlum olub.

Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq  davam edir.

***

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanı öldürən şəxs polis əməkdaşı olub. Əliağa Soltanov DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantıdır.

Onun xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə M.Ağayevanı qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəbər 123 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR