Uorlik: "Həmsədrlərin regiona təcili səfər planları yoxdur"

Uorlik:

“Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik”.

Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.


O bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk Qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Con Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar: “Həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksək səviyyəli səylərini davam etdirəcək”.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR