Uorlik: "Bakıya belə mesaj gətirdik ki,..."

Uorlik:

"Biz prezident, xarici işlər naziri və müdafiə naziri ilə görüşdük, həm hərbi, həm də mülki vətəndaşların ölümü ilə bağlı başsağlığı verdik. Bakıya belə mesaj gətirdik ki, danışıqlarda irəliləyişə nail olmaq, itkilərin baş verməməsi üçün atəş dərhal dayandırılmalıdır".

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Diplomat bildirib ki, görüşlərdə danışıqların bərpa olunması və münaqişənin davamlı həllinin vacibliyini vurğulayıblar: "Bunları Ermənistanda da deyəcəyik".

Xəbər 797 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR