“Ulu Öndər Heydər Əliyev həm də müasir Azərbaycan Diasporasının qurucusudur” - Mobil Məmmədov

“Ulu Öndər Heydər Əliyev həm də müasir Azərbaycan Diasporasının qurucusudur”   - Mobil Məmmədov

Öz xalqının taleyində müstəsna rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə cəmiyyətin milli və mənəvi birliyinə xidmət edən ideyaları və əməlləri ilə tarixdə əbədi yaşamaq haqqı qazanırlar. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. O, eyni zamanda, Azərbaycan diaspor siyasətinin yaradıcısıdır.

Bu fikirləri 7News.az saytına Özbəkistandakı Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov deyib: “Bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilmişdir. Ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən, müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdır. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də ulu öndərimizin təməlini qoyduğu siyasəti bu gün də uğurla davam etdirən Prezident İlham Əliyev 15 il ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirmiş, bu sahədə ardıcıl siyasət yürütmüşdür”
Ulu Öndərin durmadan diaspor sahəsində yeniliklərə imza atdığını deyən M.Məmmədov Komitənin yaradılmasını mühüm amil kimi qeyd etdi: “Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Bugün Diaspor Komitəsinin rəhbərliyinin apardığı uğurlu işlərin faydasını hər bir xaricdə yaşayan azərbaycanlı hiss edir və edəcəkdir”

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR