Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
  • DÜNYA

 Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazındakı hadisə ilə bağlı Rusiya XİN-ə çağırılıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, ukraynalı diplomat jurnalistlərin suallarını cavablandırmayıb.
Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu dəvətə Ukrayna tərəfinin təcavüzkar və təxribatçı hərəkətlərinin səbə olduğunu bildirmişdi.
Xatırladaq ki, Ukrayna tərəfi noyabrın 25-də Kerç boğazında üç hərbi gəmilərinin Rusiya gəmiləri tərəfindən atəşə tutulduğunu, 6 ukraynalı hərbçinin yaralandığını, bunun hərbi təcavüz aktı olduğunu bildirib. Rusiya tərəfi isə Ukrayna gəmilərinin ərazi sularını pozduğuna görə Qara dənizdə saxlanıldığını, bunun üçün silah tətbiq etdiklərini iddia edib.
 
Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR