Ukraynada prezidentliyə namizədlərin sayı 26-ya çatıb

Ukraynada prezidentliyə namizədlərin sayı 26-ya çatıb
  • DÜNYA

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha üç nəfərin - İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenskinin prezidentliyə namizədlikləri qeydə alınıb.
Bununla da MSK tərəfindən qeydə alınan namizədlərin sayı 26-ya çatıb. Artıq 51 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır.(AZƏRTAC)
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR