Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu   — Ölənlər var

Ukraynada müxalifətçilərin olduğu avtobus atəşə tutuldu   — Ölənlər var
  • DÜNYA

Kiyev-Xarkov şossesində içərisində "Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

Bu barədə ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun "Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb. ("Qafqazinfo”)
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR