Ukraynada hərbi rejim ləğv edilib

Ukraynada hərbi rejim ləğv edilib
  • DÜNYA

 Ukrayna Prezidenti Petro Poroşenkoölkənin 10 vilayətində hərbi vəziyyət rejiminin başa çatdığını elan edib.

"Report” UNİAN-a istinadən xəbər verir ki, bunu dövlət başçısı "Twitter” səhifəsində yazıb.
"Saat 14.00-dan (Bakı vaxtı ilə saat 16.00- dan) Ukrayna ərazisində hərbi vəziyyət rejimi dayanıb. Dövlətin təhlükəsizliyi ilə bağlı bütün cari vəziyyətə əsaslanaraq bu mənim prinsipial qərarımdır”, - deyə o vurğulayıb.
P.Poroşenko qeyd edib ki, 2019-cu il martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək.
Qeyd edək ki, bu il noybarın 26-dan dekabrın 26-dək Ukraynanın 10 vilayətində hərbi rejim tətbiq edilmişdi. 
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR