Ukraynada Azərbaycan vətəndaşı təhqirə görə erməni qonşusunun evini yandırıb

Ukraynada Azərbaycan vətəndaşı təhqirə görə erməni qonşusunun evini yandırıb
  • DÜNYA

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Rzayev Kənan Əfqan oğlu yaşadığı Qoloseevskiy rayonunda erməni mənşəli qonşusunun təhqirlərinə dözməyib, hücum edərək onun evini yandırıb.

"Report”un Kiyev bürosunun məlumatına görə, rayon polisi tərəfindən artıq saxlanılan K. Rzayevin hadisənin törətməsinin səbəbi kimi qonşusu ilə aralarında yaranan mübahisədə onun qarşı tərəfdən milli zəmində təhqirlərə məruz qalması olduğu bildirilir.
Təhqirlərə dözməyən azərbaycanlı erməniyə hücum edərək iki otaqlı evinə od vurub, hadisə nəticəsində ev tamamilə yanıb. Hadisə nəticəsində insan tələfatı olmayıb.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR