Ukrayna Simonyana qarşı cinayət işi açdı

Ukrayna Simonyana qarşı cinayət işi açdı

Ukrayna Təhlükəsizlik Xidməti "Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı cinayət işi açıb.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Teleqram kanalında məlumat yayılıb.
"Simonyan 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırış edib, həmçinin Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb. Simonyan Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi, o cümlədən soyqırım və Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına qəsd maddələri ilə şübhəli bilinir”, - məlumatda deyilir.
Xəbər 166 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR