İran heç vaxt təslim olmayacaq.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibinin müavini Vendi Şerman deyib.
"Rejim indi daha sərtləşib. SEPAH-ın nəzarəti daha da güclüdür. Bu isə o deməkdir ki, Trampın asanlıqla əldə ediləcəyini düşündüyü güzəştlər əslində baş verməyəcək. Onlar müqavimət göstərəcəklər. Onlar uranı zənginləşdirmək hüquqları olduğunu hesab edirlər və bu mübarizədən heç vaxt imtina etməyəcəklər. Düşünmürəm ki, onlar proksiləri ilə əlaqələrindən əl çəkəcək və dəstək səviyyəsini azaldacaqlar”, - o bildirib.
Xəbər 40 dəfə oxunub.