Ukrayna səmasının bağlanması üçün NATO-ya petisiya milyonlarla səs topladı

Ukrayna səmasının bağlanması üçün NATO-ya petisiya milyonlarla səs topladı

Şimali Atlantika Alyansına Ukrayna üzərində hava məkanının bağlanması ilə bağlı petisiya-müraciət 1 milyondan çox səs toplayıb.

Aktual.az bu haqda Pravda.com.ua-ya istinadla xəbər verir. 

Mənbə: Avropanın "Open Petition” saytındakı petisiya

Müraciətin hərfi mətni belədir: 

"Biz dünya xalqları NATO üzvü olan ölkələrdən xahiş edirik ki, Ukrayna üzərində hava məkanını bağlasınlar və NATO sülhməramlı qüvvələrini Ukraynaya göndərsinlər, Kiyevə hərbi yardım göstərsinlər və Ukrayna xalqına dəstək olsunlar. Məsələn, İsraildə olduğu kimi”.

Detallar: Petisiya fevralın 26-da yaradılıb. Martın 4-də səhər saatlarına olan məlumata görə, o, 1.091.002 səs toplayıb (hədəfin 109%-i).

Arayış üçün: Avropa Açıq Petisiya saytında petisiyalar dünyanın istənilən ölkəsinin vətəndaşları tərəfindən imzalana bilər.

Niyə vacibdir: Müharibə başlayandan Ukraynanın səmaları mülki aviasiya üçün bağlıdır. Lakin Rusiya döyüş təyyarələri Ukrayna şəhərlərinə havadan hücumları davam etdirir və dinc əhaliyə raket və bombalı hücumlar təşkil edir.

Səmanın bağlanması o deməkdir ki, hava məkanı hərbi təyyarələr tərəfindən patrul edilir və hava hücumundan müdafiə sistemləri tərəfindən qorunur. Səma bağlı olduqda, qapalı əraziyə uçan bütün hərbi təyyarələr vurulur.

Petisiyaya imza atanlar NATO-dan Ukrayna səmasını bağlamağı xahiş edirlər. Əgər NATO səmanı bağlasaydı, o zaman səmanı patrul edən və qadağanı pozan təyyarələri vuran onun hərbi qüvvələri olacaqdı.

NATO bunu etməyə tələsmir, çünki bu, NATO-nu Rusiya ilə müharibəyə cəlb etmək anlamına gələ bilər.
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR