Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu

Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.
 
UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.
 
O, Ukrayna KİV-də çalışan rusiyayönümlü jurnalistlərin xidmətlərindən istifadə edərək, hakimiyyət orqanları, ölkədəki vəziyyət və güc strukturların fəaliyyəti barədə məlumat toplayıb.
 
"O bu kimi məlumatlardan Ukraynadakı vəziyyəti tendensiyalı şəkildə işıqlandırmaq üçün istifadə edib", - deyə məlumatda bildirilir.
 
M. Knyazeva ölkədən çıxarılaraq Rusiyaya göndərilib, 3 il ərzində onun Ukraynaya girişinə qadağa qoyulub.


Aktual.az
Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR