Ukrayna Qara dəniz sahilində kosmodrom tikmək istəyir

Ukrayna Qara dəniz sahilində kosmodrom tikmək istəyir
  • DÜNYA

Ukrayna Qara dəniz sahilində, Xerson vilayətində kosmodrom tikməyi planlaşdırır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, məqsəd uçuş trayektoriyası Krım yaxınlığından və Türkiyə üzərindən keçəcək "Siklon-1M" yüngül tipli raket daşıyıcıların buraxılmasıdır.
Hazırda təşkilati məsələlərin müzakirə olunduğu və Ukrayna ərazisində yerüstü kompleksin yerləşdirilməsinin texniki imkanlarının təsdiq edildiyi bildirilir.

Bundan əvvəl "Yujmaş" İstehsalat Birliyinin baş direktoru Sergey Voyt bəyan etmişdi ki, Ukraynada ilk üzən kosmodrom da Xerson vilayətində qurula bilər.
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR