Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək

Ukrayna Prezidenti Türkiyəyə rəsmi səfərə gedəcək
  • DÜNYA

Bu il noyabrın 3-də Ukrayna Prezidenti Petro Poroşenkonun Türkiyəyə rəsmi səfəri olacaq.

"Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ali qonaq Türkiyə - Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.
Türkiyənin diplomatik mənbələrinə görə, siyasət, iqtisadiyyat, müdafiə, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi iclasda tərəflər sərbəst ticarət, təhlükəsizlik, terrorla mübarizə ilə bağlı imzalanacaq sənədlər ətrafında müzakirələr aparacaqlar.
Bununla yanaşı, Krım tatarlarının hazırkı vəziyyətinin də diqqət mərkəzində olacağı bildirilir.
 
Aktual.az
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR