Ukrayna ilk dəfə bu bombardmançını məhv etdi

Ukrayna ilk dəfə bu bombardmançını məhv etdi

Ukrayna ilk dəfə Rusiyanın Tu-22M3 bombardmançı təyyarəsini məhv edib.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, heneral-leytenant Nikolay Oleşuk məlumat verib.
"İlk dəfə olaraq Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri Ukrayna Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək uzaqmənzilli strateji bombardmançı Tu-22M3-ü məhv edib”, - Oleşuk bildirib.
Onun sözlərinə görə, Ukrayna bu gün həm də ilk dəfə olaraq X-22 raketlərini də məhv edib.
Ukrayna Baş Kəşfiyyat İdarəsi də yaydığı məlumatda qeyd edib ki, Tu-22M3 təyyarəsi S-200 zenit-raket kompleksi vasitəsilə vurulub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gün Stavropol diyarında Tu-22M3 bombardmançısının qəzaya uğradığı barədə məlumat yaymışdı. Qəza zamanı təyyarədə olan 4 pilotdan biri ölüb.
Xəbər 106 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR