Ukrayna DİN başçısının istefası üçün petisiya zəruri səs toplayıb

Ukrayna DİN başçısının istefası üçün petisiya zəruri səs toplayıb

Ukrayna daxili işlər naziri Arsen Avakovun istefası üçün yaradılan və ölkə prezidentinin internet saytında "Elektron petisiyalar" bölməsində yerləşdirilən petisiya məsələyə baxılması üçün zəruri olan 25 min səsi toplayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, petisiya dövlət başçısının saytında iyunun 2-də dərc edilib, onun müəllifi Roman Vasilenkodur.
Avakovu istefaya Ali Rada göndərə bilər. Bunun üçün deputatların azı 226-sı "getsin"ə səs verməlidir.
Avakovun istefası tələbi xidmətdən kənarda nişangahı dəqiq nişan almaqda yarışan sərxoş polis işçilərinin 5 yaşlı uşağı güllələyərək öldürməsindən sonra yaranıb.
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR