Ukrayna cəbhəsində vəziyyət çətinləşir: Rusiya vaxt itirmir

Ukrayna cəbhəsində vəziyyət çətinləşir: Rusiya vaxt itirmir

Ukrayna hərbi əməliyyatlar teatrında vəziyyət getdikcə çətinləşir, Kiyev rejimi isə Qərb texnikasının yeni təchizatını gözləyir.
Aktual.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Advance” nəşri yazıb.
"Amma Ukrayna qüvvələri yeni silahlar almağı gözləsə də, onların düşmənləri, görünür, vaxt itirmirlər, son günlər Ukraynanın şərqində, xüsusən də Rusiya qüvvələrinin bir neçə yaşayış məntəqəsini ələ keçirdiyi Donetsk bölgəsində döyüşlər getdikcə şiddətlənir. Bir neçə gündür və strateji əhəmiyyətə malik Çasov Yar şəhərinə hücumu gücləndirirlər”, - materialda deyilib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardım edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR